İlin əvvəlindən doğuş zamanı 2 ana ölüb

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova AzVision.az-a bildirib ki, ana ölümlərindən biri Sumqayıt şəhər 2 saylı Doğum evində qeydə alınıb.
S.Məmmədova bildirib ki, ikinci ana ölümü Gəncə şəhərində “Yeni Gəncə” adlı özəl klinikada baş verib: “Nigar Nəsibova adlı qadının üçüncü hamiləliyi olub. Uşaq sağ qalıb. Həkim səhvi olduğu üçün onlar işdən azad olunublar. Hər iki ana ölümü Doğuşayardım Komissiyasında təhlil olunub, materiallar təhlil olunub və buna uyğun cəza tədbirləri görülüb. Müəyyən həkimlər işdən azad olunub, bəzi həkimlər şiddətli töhmət və xəbərdarlıq alıb. Yerli rəhbərlik bu istiqamətdə intizam tabe tədbirlərini görüb”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Doğuş Ölüm Həkim Xəstə