Ötən il 714 nəfər dərmandan zəhərlənib
Onun sözlərinə görə, kəskin zəhərlənməyə səbəb olan preparatlar sedativ, yuxu gətirici və qıcolma ilə bağlıdır: "Səbəb xəstənin bilərəkdən dozanı aşmasıdır. Bəzən özünəqəsd, intihar üçün bunu edirlər. Xəstəxanaya isə zəhərlənmə ilə daxil olurlar. Dərman zəhərlənmələrinin 17 faizi uşaqlarda müşahidə edilir. Bu da əsasən uşaqların nəzarətsiz buraxılması nəticəsində olur. Avropa ölkələrində dərmanlar elə qablaşdırılır ki, uşaqlar onu ələ keçirsə də, aça bilmir. Bizdə də bu üsul tətbiq edilə bilər. Həmçinin dərmanların zibil qablarına atılması da, uşaqların zəhərlənməsinə səbəb olan amillərdəndir. HƏmçinin kimyəvi maddələrin düzgün saxlanaılmaması və əlçatan yerlərdə olması da belə fəsadlara yol açır. Məsələn, çox zaman evlərdə xlor, esensi su qablarında və uşaqlara əl çatan yerdə saxlanılır”.
İ.Əfəndiyev bildirib ki,zəhərlənmələrin bir qismi medikamentoz, kimyəvi maddələrə əlavə təsirlər və allergiyalar səbəbindən baş verir: “2016-ci ildə müşahidə altında bu cür 246 xəstə olubsa, 2017-ci ildə bu rəqəm 230 olub".
Aytən Zəhra
AzVision.az
Teqlər: Dərman Zəhərlənmə