Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən
AzVision.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az