Evdə köməksiz qalan şəxs xilas edilib

Evdə köməksiz qalan şəxs xilas edilib
  21 Fevral 2018    Oxunub:1416
Paytaxtda köməksiz qalan 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti