Ölkəyə qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb

Ölkəyə qanunsuz qızıl gətirilməsinin qarşısı alınıb
  21 Fevral 2018    Oxunub:1534
Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yükyoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Qızıl  





Xəbər lenti