Biləsuvarda mal-qara oğruları saxlanılıb
_1519286746.png)
Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb.
Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin ayrı-ayrı vaxtlarda Biləsuvarın Əliabad kəndindən 1 baş, Zəhmədabad kəndindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər.
AzVision.az