Şirvan sakini heroinlə tutuldu

Şirvan sakini heroinlə tutuldu
  22 Fevral 2018    Oxunub:1345
Şirvan sakinindən satış məqsədilə əldə edilən narkotik vasitə olan heroin götürülüb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində fevralın 21-də növbəti əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş və yenicə azadlığa çıxan Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Cavanşir oğlu Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan, ümumi çəkisi 30,176 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

AzVision.az


Teqlər: Heroin   DİN  





Xəbər lenti