Gömrükdən narkotik keçirmək istədi

Gömrükdən narkotik keçirmək istədi
  22 Fevral 2018    Oxunub:1521
Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət “metadon” adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, “metadon” adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti