Beyləqanda 4 maşın toqquşub: Ölənlər var

Beyləqanda 4 maşın toqquşub: Ölənlər var
  23 Fevral 2018    Oxunub:1740
Beyləqanda qəza nəticəsində iki nəfər ölüb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Beyləqan  





Xəbər lenti