Üç azərbaycanlı biznesmenin qətlində “Lotu Quli” izi

AzVision.az xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb. Bildirilib ki, sonuncu dəfə Rusiyanın paytaxtı Moskvada Anar Əliyev adlı biznesmen güllələnib.
Qeyd edilib ki, ötən ilin sentyabr ayının 18-də Moskvanın Biryoleva rayonunda digər azərbaycanlı biznesmen Rəhman Əliyev güllələnib. Ağcabədi rayonundan olan biznesmen Moskvada Azərbaycan diasporunun aktiv üzvlərindən biri olub. O, metal satışı üzrə aktiv bizneslə məşğul olub. Onun qətlinin sifariş xarakterli olduğu bildirilir.
Yanvarın 28-i isə digər Azərbaycan vətəndaşı Mahir Rüstəmov güllələnib. Onun cəsədi Slavyan bulvarı adlı ərazidə aşkarlanıb. Rusiya KİV-ləri iddia edir ki, qətillər kriminal avtoritet “Lotu Quli” və Rövşən Lənkəranskinin “varisləri” arasındakı qarşıdırmalarla əlaqədardır.
Eldar Tanrıverdiyev
AzVision.az