Gömrükdən soyuq silah keçirmək istədi

Gömrükdən soyuq silah keçirmək istədi
  23 Fevral 2018    Oxunub:1517
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, Gəncə-Moskva aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb.

Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıcağı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti