Tərtər sakini intihara cəhd edib

Tərtər sakini intihara cəhd edib
  23 Fevral 2018    Oxunub:1547
Tərtər rayonunda bir nəfər dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

AzVision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti