Beyləqanda ev yanıb

  24 Fevral 2018    Oxunub : 729
Beyləqanda ev yanıb
Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və tavan 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın   Beyləqan