Ağcabədidə 2 otaqlı ev yanıb

  24 Fevral 2018    Oxunub : 623
Ağcabədidə 2 otaqlı ev yanıb
Ağcabədidə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ağcabədi rayonunun Xocavənd kəndində ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin qamışdan ibarət çardağı 8 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın