AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Rzaquluyev və qardaşı Elvin saxlanılıblar. Araşdırma aparılır.