Gəncədə evə basqın edilib - Cinayətin detalları

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri Elxan Bayram oğlu (1997-ci il təvəllüdlü) və Adil Nuriyev (1991-ci il təvəllüdlü) dəmir barmaqlıqları qıraraq evə daxil olublar. Polis əməkdaşlarının zərərsizləşdirdikləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb (Cinayət Məcəlləsinin 333.3.) və hazırda Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində dələduzluq etdiyinə görə istintaqa cəlb olunub (Cinayət Məcəlləsinin 178.2.2.).
Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük də istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az