
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd etdiklərini etiraf ediblər. Saxlanılan şəxslər nəqliyyat vasitələrindən oğurladıqları əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az