AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda ümumi sahəsi 32 m2 olan avtomobil təmiri sexində rəf 8 m2 sahədə, ehtiyat hissələri və elektrik kabeli 13 p.m yanıb. Yüksək temperaturdan sexdə olan "Nissan" markalı minik avtomobilinin arxa buferi qarsalanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.