Ağcabədidə 7 oğlan 21 yaşlı tələbə qızı qaçırıb - VİDEO

Ağcabədidə 7 oğlan 21 yaşlı tələbə qızı qaçırıb - VİDEO
  28 Fevral 2018    Oxunub:13000
Ağcabədi rayonunda 21 yaşlı tələbə qızı qaçırılıb.
Hadisə üç gün əvvəl qızın dərsdən evə qayıtdığı zaman baş verib. Yeddi oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb, ona zor tətbiq edərək qaçırıblar.

Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, bu hadisə onlara "yox" cavabı veriləndən sonra yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. (Xəzər TV)



AzVision.az


Teqlər: Ağcabədi   Tələbə   Qız  





Xəbər lenti