Telman Zeynalov: “Qarın yağmaması ekoloji müharibələrlə bağlıdır”

Bunu AzVision.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Ekoloq bildirib ki, ABŞ və Rusiya arasında aparılan metereoloji müharibə ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.
T.İsmayılov Bakıda temperaturun normadan aşağı olduğunu deyib: “İki aydır Bakıda günəş işığı görsənmir. Hava buludlu olanda temperatur üstün olmalıdır. Amma Azərbaycanda temperatur bu il 4-8 dərəcə arasında dəyişir. Bundan əvvəl isə göstərici 9-15 dərəcə olub. Nəticədə ölkədə temperatur normadan aşağı olub, qar yağmayıb, yağış isə hərdənbir yağıb. Qeyd etdiyimiz kimi, anomal hava şəraiti ekoloji müharibələrə bağlıdır, bunun fəsadları hər kəsə öz təsirini göstərir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Telman-Zeynalov Ekoloq