4-cü sinif şagirdi intihar etdi

4-cü sinif şagirdi intihar etdi
  01 Mart 2018    Oxunub:1986
Zaqatalada intihar hadisəsi baş verib.
Hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Zaqatala   İntihar   Şagird  





Xəbər lenti