Bakıda şirniyyat sexi yanıb

Bakıda şirniyyat sexi yanıb
  01 Mart 2018    Oxunub:3086
Nizami rayonunda yerləşən şirniyyat sexində yanğın olub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti