Gömrükdən narkotik keçirmək istədi

Gömrükdən narkotik keçirmək istədi
  01 Mart 2018    Oxunub:1700
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti