Antibiotiklərin yalnız reseptlə satılması təklif olundu

Antibiotiklərin yalnız reseptlə satılması təklif olundu
  01 Mart 2018    Oxunub:1744
"Azərbaycanda insanlar qidalanmada ərzaqlara fikir versələr də, içdikləri suya diqqət etmirlər. Sularımız çirklidir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev deyib. O qeyd edib ki, bəzi ailələr imkan daxilində su və ya filtrlər alırlar.

"İçdiyimiz su nə dərəcədə təmizdir? Bədənimizin 85 faizi sudan ibarətdir. Qəbul etdiyimiz qidalar su vasitəsilə sovrulur. Ona görə suya diqqət yetirməliyik".

S.Musayev, həmçinin insanların yersiz antibiotik qəbulu barədə danışıb. Qeyd edib ki, ölkəmizdə insanlar antibiotikə meyllidirlər: "Baş ağrıyanda, burun axanda, öskürəndə antibiotik içirlər. Bu, immun sisteminə dağıdıcı təsir göstərən ən ciddi amillərdən biridir. Bunu nəzərə alaraq Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Mən düşünürəm ki, bunun vaxtı bizdə də çatıb. Türkiyədə artıq qərar qəbul olunub ki, antibiotiklər apteklərdə reseptsiz satılmasın. Bu, doğru qərardır. Amma bu, o demək deyil ki, antibiotiki tamamilə qəbul etmək lazım deyil. Antibiotikin qəbuluna göstəriş olmalıdır".

Professor Azərbaycanda antibiotiklərin reseptsiz satılmasının tərəfdarıdır. "Deyə bilmərəm ki, buna hansı səbəblər mane olur. Bu, təşkilati məsələdir. Yəqin ki, bunun üçün heç nə mane olmur. Həkim kimi əhaliyə tövsiyə edirəm ki, antibiotikləri təyinatsız qəbul etməsinlər. Əgər tövsiyyə təsir göstərməsə, çox güman ki, məcburi qayda olacaq ki, Azərbaycanda da antibiotiklər hər kəsə istədiyi səviyyədə satılmasın".

Aytən Zəhra
AzVision.az


Teqlər: Həkim   Antibiotik  





Xəbər lenti