Mikayıl Cabbarov Almaniya səfiri ilə görüşüb

Mikayıl Cabbarov Almaniya səfiri ilə görüşüb
  01 Mart 2018    Oxunub:1314
Vergilər naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu qeyd edilib, Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması sahəsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropadaxili Vergi Administrasiyaları təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.

AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Almaniya  





Xəbər lenti