Mərkəzi Bank 250 milyon manat cəlb edir

Mərkəzi Bank 250 milyon manat cəlb edir
  02 Mart 2018    Oxunub:1347
Martın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlb olunması nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.

AzVision.az



Teqlər: AMB   Dollar   Hərrac  





Xəbər lenti