Bu gündən hava pisləşir – Qar yağacaq
![Bu gündən hava pisləşir – Qar yağacaq Bu gündən hava pisləşir – Qar yağacaq](https://azvision.az/photos/1508631n_1519895319_1519967911.jpg)
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə istiolacağı gözlənilir.
Nazirlik xəbərdarlıq edir ki, Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
AzVision.az