Bakıdakı yanğında azı 4 nəfər yaralanıb - Yenilənib
_1519969766.jpg)
3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, onlara müraciət edən xəstənin vəziyyəti normaldır: "O, yüngül xəsarət alıb, qolu sıyrılıb, vəziyyəti yaxşıdır".
Klinik Tibbi Mərkəzdən AzVision.az-a verilən məlumata görə, onlara daxil olan 3 xəstənin vəziyyəti normaldır və 2 saatdan sonra evə buraxılacaqlar.
Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Hazırda məlumat dəqiqləşdirilir.
Aytən Zəhra
AzVision.az