Birjalarda neftin qiyməti yenə dəyişib

Birjalarda neftin qiyməti yenə dəyişib
  02 Mart 2018    Oxunub:1350
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,63 dollar ucuzlaşaraq 64,98 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar bahalaşaraq 63,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 60,96 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti