Ramil Usubov və Kəmaləddin Heydərov yanğın yerində - FOTOLAR

Ramil Usubov və Kəmaləddin Heydərov yanğın yerində - FOTOLAR
  02 Mart 2018    Oxunub:9605
Ölkənin güc strukturlarının rəhbərləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə gəliblər.
AzVision.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yanğın baş verən əraziyə baxış keçiriblər.

Hazırda yanğının səbəbləri araşdırılır.















Anar Kəlbiyev
FOTO: Elvin Abdulla

AzVision.az



Teqlər: Yanğın   Nazir  





Xəbər lenti