Ləğv olunan 6 bankın əmlakı satışa çıxarılır
Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb. Bu kateqoriyaya ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 2 ədəd “Mitsubishi Lancer”, 5 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri, 2 ədəd bankomat, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evi və ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi aiddir. Bu əmlakların satışı üzrə hərrac 27 mart 2018-ci il tarixində keçiriləcək.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi ikinci dəfə hərraca çıxarılacaq.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia” minik avtomobilləri, 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə), 1 ədəd bankomat və 1 ədəd “QAZ-3302-18” yük avtomobili, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd “Lexus LS460” avtomobili və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ilk dəfə isə çıxarılıb.
Birinci və ikinci dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 3 aprel 2018-ci il tarixində keçiriləcək.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
Maraqlananlar əlavə məlumatı https://azvision.az/redirect.php?url=http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki, www.adif.az saytı vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.
AzVision.az