AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə dəmir yolu stansiyasının ərazisində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Aşırovdan 2 kiloqram 270 qram marixuana götürülüb.