Yanğında ölənlərin ailələrinə nə qədər pul veriləcək?

AzVision.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
"Azərbaycan qanunveriliciyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələlərinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Tapşırıq verildi ki, həlak olan şəxslərin hər biri barədə araşdırma aparılsın və onlara qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni zamanda istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq", - deyə A.Şərifov vurğulayıb.
AzVision.az
Teqlər: Abid-Şərifov Yanğın Narkoloji-Mərkəz