"O məzar Tahir Əkbərə layiq deyildi" - Bəstəkarın xanımı

"O məzar Tahir Əkbərə layiq deyildi" - Bəstəkarın xanımı
  05 Mart 2018    Oxunub:6465
Xəbər verdiyimiz kimi , martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbər dəfn olunduqdan sonra məzar yeri dəyişdirilib.

Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər AzVision.az-a bildirib ki, məzarın yerinin dəyişdirilməsi onun istəyi ilə baş tutub.
“Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına Tahir bəyin dəfn edilməsi ilə bağlı müraciət etdim. Sağ olsunlar, dəfn üçün yer verdilər. Ancaq verdikləri yeri Tahir Əkbərə layiq bilmədim. Ora illərdir Azərbaycan musiqisinə xidmət edən şəxsin dəfn yeri deyildi. Bu səbəbdən ona sonuncu borcumu yerinə yetirib, anasının yanında dəfn etdirdim”, - A.Əkbər vurğulayıb.





Şahanə Rəhimli
AzVision.az



Teqlər: Tahir-Əkbər   Dəfn   Bəstəkar   Məzar  





Xəbər lenti