Metroda yaranan problem aradan qaldırılıb

" Xəbər verdiyimiz kimi, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yarandığı üçün qatarların hərəkətində gecikmələr var idi. Hadisə pik saatda baş verdiyinə görə stansiyalarda sərnişinlərin sayı çoxalırdı. Əsasən "Əhmədli", “Koroğlu”, “Neftçilər”, “20 Yanvar” və s. bir neçə stansiyada sərnişin sıxlığı yaranmışdı. Hazırda interval bərpa olunub və qatarlar normal hərəkət edir" - N.Paşayev qeyd edib.
Anar Kəlbiyev
AzVision.az