Masallıda mağaza yanıb

Masallıda mağaza yanıb
  05 Mart 2018    Oxunub:1424
Masallı rayonunda yanğın hadisəsi baş verib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Digah kəndində ümumi sahəsi 55 m2 olan təsərrüfat mallarının satışı mağazasının lambirdən ibarət tavanı 55 m2 sahədə və içərisində olan materiallar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Masallı   Yanğın  





Xəbər lenti