255 min hektara yaxın torpaq təkrar istifadəyə verilib

255 min hektara yaxın torpaq təkrar istifadəyə verilib
  05 Mart 2018    Oxunub:1767
255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən iqtisadi dövriyyəyə cəlb edilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AzVision.az-a verilən məlumata görə, 50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Məlumatda qeyd olunur ki, 2017-ci il ərzində ümumilikdə 101 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Ötən il kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə 177 min ha yaxın torpaq sahəsi də hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 Aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan vermişdir.

Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir.

AzVision.az


Teqlər:





Xəbər lenti