41 rayonun 79 kəndi qazlaşdırılacaq

41 rayonun 79 kəndi qazlaşdırılacaq
  05 Mart 2018    Oxunub:2454
Xəbər verdiyimiz kimi, Azərbaycanda qazlaşma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb.
Bu gün Prezident İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə SOCAR-a 100 milyon manat ayrılıb.

2018-ci ildə Lənkəran rayonunun Mollakənd və Şovu kəndlərinin, Şəkinin Çayqaraqoyunlu, Baş Küngüt, Yevlaxın Rüstəmli, Qaraməmmədli, Ağcabədinin Biləyən, Şotlanlı, Ağdaşın Orta Ləki, Aşağı Nemətabad, Ağsunun Nuran kəndinin, Astaranın Rinə kəndinin, Beyləqanın Əmirzeydli kəndinin, Bərdənin Hacıbəyli, Kafarlı, Cəlilabadın Cəlayir kəndinin, Daşkəsənin Quşçu, Bayan, Gədəbəyin Çaldaş, Səbətkeçməz, Goranboyun Həmənli kəndinin, Göyçayın Kürdşaban, Şəkili, Göygölün Şəhriyar, Kərəmli, Çaykənd, Xaçmazın Krasnı Xutor kəndinin, İmişlinin Aranlı, Qızılkənd, İsmayıllının Lahıc, Qaraqaya, Gəndov, Namazgah, Kürdəmirin Qarasu kəndinin, Qaxın Meşəbaş kəndinin, Qəbələnin Mıxlıqovaq, Kötüklü, Qobustanın Şıxzahırlı kəndinin, Qubanın Ərməki, Güneyməhlə, Qusarın Piral, Cibir və Lerikin Veri kəndinin qazlaşdırılması nəzərdə tutulur.

Bundan başqa, cari il ərzində Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinin, Neftçalanın Ərəbqardaşbəyli, Cəngan, Oğuzun Muxas kəndinin, Saatlının Məzrəli, Azadkənd, Sabirabadın Yuxarı Axtaçı, Yastıqobu, Salyanın Düzənlik, Peyk, Siyəzənin Qozağacı kəndinin, Şabranın Sumağava Qazma, Qorğan, Şamaxının Bağırlı, Ovçulu, Şəmkirin Yeni Göyçə kəndinin və Şəmkir şəhərinin “Sərxan” adlanan ərazinin, Qaracəmirli kəndində yeni massivin, Tərtərin Soyulan, Hacallı, Alışarlı, Rəcəbli, Kövdadıq, Bildirçinli, Umudlu və Aşağı Qapanlı kəndlərinin, Tovuzun Hunanlar, Əhmədabad, Ucarın Ramal, Əlikənd, Yardımlının Gavran kəndinin, Zaqatalanın Bəhmətli, Lahıc, Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması planlaşdırılır.

Məcburi köçkünlərin yaşadığı ərazilər üzrə isə il ərzində 3 rayonda 4 qəsəbənin qazlaşdırılması nəzərdə tutulur: Ağdam rayonunun Ergi adlanan ərazidə salınmış qəsəbəsinin (Ağdam, Şuşa və Laçından olan məcburi köçkünlər) və “Mirzələr” qış otlağı ərazisində salınmış yaşayış massivin (Şuşadan olan məcburi köçkünlər), Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidə salınmış qəsəbəsinin (Laçından olan məcburi köçkünlər), Sabirabad rayonunun Rüstəmli kəndinin ərazisində salınmış qəsəbəsinin (Zəngilandan olan məcburi köçkünlər).

AzVision.az


Teqlər: Qaz   SOCAR  





Xəbər lenti