2017-ci ildə Məşğulluq Xidməti orqanlarında 118,5 min nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 47,9 min nəfəri münasib işlə təmin olunub.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, ötən il 1 156 nəfər haqqı ödənilən ictimai işlərə, 3561 nəfər isə peşə hazırlıq kurslarına cəlb olunub, 13 008 nəfərə isə işsiz status verilib. Eyni zamanda hesabat dövründə 14 835 nəfərə işsizlik müavinəti təyin edilib.