Bu il 8 yaşayış məntəqəsinə qaz verilib
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 108,2 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan, Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
AzVision.az