Rusiyanın ən zəngin 5 adamı - Biri azərbaycanlıdır

Rusiyanın ən zəngin 5 adamı - Biri azərbaycanlıdır
  06 Mart 2018    Oxunub:4080
“Forbes” jurnalı rusiyalı milyarderlərin reytinq siyahısını açıqlayıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, siyahıda 102 beznesmenin adı yer alıb. Qeyd olunub ki, onların ümumi kapitalları 410,8 milyard dollardır.

“Novolipetsk Metallurgiya Kombinatı”nın rəhbəri Vladimir Lisin Rusiyanın ən zəngin iş adamı titulunu qazanıb. Onun varidatının 19,1 milyard dollar olduğu rəsmən elan edilib.

Reytinq siyahısının ikinci sırasında “Severstal” poladəritmə kompaniyasının sahibi Aleksey Mordaşov qərarlaşıb. Onun varidatı bu il artaraq 18,7 milyard dollara çatıb.

Ötən il siyahıda birinci olan “Novateka” kompaniyasının rəhbəri Leonid Mixelson isə 18 milyard dollarla üçüncü yerə enib. Mixelson il ərzində 0,4 milyard dollar itirib.

Dördüncü yerdə “Lukoyl” şirkətinin prezidenti, Azərbaycan əsilli biznesmen Vahid Ələkbərov yer alıb. "Forbes"in məlumatına görə, Ələkbərovun varidatı 16,4 milyard dollardır.

Rusiyanın ən zəngin beşinci adamı isə 16 milyard dollarlıq sərvətlə “Volga Group” və “Volqa Qrup” MMC-nin sahibi Gennadi Timşenkodur.

AzVision.az


Teqlər: Forbes   Rusiya   Zəngin   Biznesmen  





Xəbər lenti