170 yaşayış məntəqəsinin su təchizatı yenilənib
“Azərsu”nun sədr müavini Seymur Seyidov şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının xüsusi diqqətdə saxlanıldığını bildirib. Şirvan-Muğan qrup su kəmərinin əhəmiyyətindən danışan sədr müavini qeyd edib ki, bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə, həmçinin bir sıra kəndlərə suyun verilməsi təmin olunub. 2018-ci ildə kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdiriləcək.
Xırmandalı və Bəydilli kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Şirvan-Muğan qrup su kəmərindən Bəydilli və Xırmandalı kəndlərinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 14,2 km su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 77 ədəd bulaq quraşdırılıb. Biləsuvar rayonunun 2 kəndində icra olunan layihələr 12 min nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
AzVision.az
Teqlər: Azərsu