Mikayıl Cabbarov səfirlə görüşüb

Mikayıl Cabbarov səfirlə görüşüb
  14 Mart 2018    Oxunub:1524
Vergilər naziri Mikayıl Cabbarov Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerverslə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderlandın Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Niderland   Səfir  





Xəbər lenti