Banklar bayramda gücləndirilmiş rejimdə işləyəcək
Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək.
Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər.
AzVision.az