“Media və təhlükəsiz qida” mövzusunda brifinq keçirilib
Görüşə açılış nitqi ilə başlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbir iştirakçılarını salamlayaraq Qida Təhlükəsizliyi Agentliyi ilə media qurumları arasında qurula biləcək əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli media nümayəndələrini salamlayaraq Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və bu sahədə media ilə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb. Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında məlumat verən Qoşqar Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən bəhs edib.
Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, Agentlik və jurnalistlər arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.
AzVision.az