Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb
  18 Mart 2018    Oxunub:1442
2018-ci ilin fevral ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,4 faiz bahalaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 1,1 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

AzVision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti