"Ölkədə kiçik və orta sahibkarların sayı artır" - Ziyad Səmədzadə
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının gələcəyi kiçik və orta sahibkarlıqla bağlıdır.
Z. Səmədzadə bildirib ki, sahibkarlar üçün başlıca problem bazarların tapılmasıdır. "Sahibkarlar yeni bazarlara çıxmalıdır. Azərbaycan iqtisadiyyatının kifayət qədər zəngin resursları var, lakin bu resursların dünya bazarına çıxması üçün hələ çox işlər görülməlidir. Marketinq, bazarların öyrənilməsi məsələsi nəzərə alınmalıdır. Sahibkarların biznes planlarının tərtibində fəal iştirak etmələri lazımdır. Bunlar sahibkarların savadının artmasından asılıdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılır".
Komitə sədri qeyd edib ki, sahibkarların istehsal etdiyi məhsulun xarici bazarlarda yer tapması üçün keyfiyyət əsas rol oynayır.
Aytən Zəhra
AzVision.az
Teqlər: Ziyad-Səmədzadə