Mərkəzi Bank 250 milyon manat cəlb edir

Mərkəzi Bank 250 milyon manat cəlb edir
  26 Mart 2018    Oxunub:1579
Martın 27-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.

AzVision.az


Teqlər: Mərkəzi-bank  





Xəbər lenti