Azərbaycanın xalq artisti vəfat edib
Qeyd edək ki, Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhər teatr məktəbinin aktyorluq fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, "Ayı"), Bernardo (L.de Veqa, "Xitroumnaya vlüblennaya"), Rasputin (R.İbrahimbəyov, "Petlya"), Çingizxan (M.Şaxanov, "Çingizxanın sirri"), İxtiyar (N.Xəzri, "Burla Xatun"), Şamrayev (A.P.Çexov, "Qağayı"), Professor (N.Rəsulzadə, "Nonsens") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.
AzVision.az
Teqlər: Yuri-Baliyev Xalq-artisti







Vaxtında, Aydın, Lazımlı!


