Mərkəzi Bank 250 milyon manat cəlb edir

Mərkəzi Bank 250 milyon manat cəlb edir
  28 Mart 2018    Oxunub:1104
Martın 29-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 20 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Dollar  





Xəbər lenti